"Neftçi"nin legioneri başını yardı, xəstəxanaya aparıldı və…

9 May 2021 13:20 Səbail 1 184
"Neftçi"nin legioneri başını yardı, xəstəxanaya aparıldı və…

Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in forvardı Rauf Əliyevin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı hücumçu dərhal xəstəxanaya aparılıb.

Onun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı XXVII tur matçında oynayıb-oynamayacağı bəlli deyil.

"Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.

Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”