"Azərbaycanda qalmaq istərdim, amma buna klub qərar verəcək"

5 May 2021 20:20 Səbail 855
"Azərbaycanda qalmaq istərdim, amma buna klub qərar verəcək"

"Düşünürəm ki, bir komanda kimi yaxşı oynadıq. Və buna görə 3 xal qazanmağı bacardıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ" üzərində qazanılan qələbədən danışan "Səbail"in futbolçusu Hendrik Ekşteyn deyib.

Cəbubi Afrikalı futbolçu "Səbail"dəki maliyyə problemləri bağlı "Komandanın maliyyə vəziyyəti barədə heç nə bilmirəm!" deyib.

Amma əcnəbi futbolçu karyerasını ölkəmizdə davam etdirmək istəyini gizlətməyib: "Səbail" qalmaq istərdim, amma buna klub qərar verəcək. Azərbaycan Premyer Liqasında və "Səbail"də oynamağı sevirəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!