"İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər”

5 May 2021 20:00 Səbail 631
"İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər”

"İndi elə dövr deyil ki, kiminsə pulunun arxasına keçsinlər”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Səbail”in baş məşqçisi Aftandil Hacıyevə məxsusdur.

O, klubun heç kimə borclu qalmayacağını söyləyib:.”Bir az gecikmə ilə bağlı problem yaranır. Futbolçulara psixoloji baxımdan çətin olur.

Bununla belə, sağ olsun rəhbərlik, ötən həftə qismən də olsa, ödəniş etdilər. Elə bir dönəmdəyik ki, puldan daha vacib məsələlər var.

Sabah pulu verəndə gec ola bilər. Ona görə komandanın son turda “Qəbələ”yə qarşı yaxşı oyun nümayiş etdirməsi məni sevindirdi".

Digər Xəbərlər
Xəbər Lenti