Azərbaycan klubunun gələcəyi mövsümün sonunadək bəlli olacaq

4 May 2021 20:00 Səbail 1 736
Azərbaycan klubunun gələcəyi mövsümün sonunadək bəlli olacaq

"Bir çox məsələlər var ki, onlara aydınlıq gəlməyib".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

İki ildir maliyyə böhranı yaşayan Bpayıl təmsilçisinin yayda fəaliyyətini dayandıracağı yönündə söz-söhbətlər dolaşmaqdadır. Çalışdırıcı klubun gələcəyi ilə bağlı rəhbərliklə ilkin danışıq olduğunu bildirib:

"Qarşıdakı həftələrdə yenidən görüşəcəyik. Düşünürəm ki, "Səbail"in gələcəyi mövsümün sonunadək bəlli olacaq. İnanıram ki, klub yaşayacaq.

Çünki bizi də əmin ediblər. Sadəcə, bunun hansı şərtlərdə olacağı dəqiqləşməyib. Məşqilər heyəti də daxil olmaqla, demək olar ki, bütün futbolçuların müqaviləsi başa çatır.

Hamısı ardıcıllıqla olmalıdır. Məşqçilərlə bağlı qərar verildikdən sonra digər məsələlərə keçmək olar. Görüləsi çox iş var. Düzdür, gecikirik.

Belə şeylərə qış fasiləsindən start vermək lazımdır. Biz isə hər şeyə gec başlamağa öyrəşmişik. Mövsümün sonunu gözləməyə məcburuq".

Digər Xəbərlər
Xəbər Lenti