Premyer Liqa klubunun məşqçisindən SƏRT SÖZLƏR - FOTOLAR

4 May 2021 11:20 Səbail 1 039
Premyer Liqa klubunun məşqçisindən SƏRT SÖZLƏR - FOTOLAR

Azərbaycan Premyer Liqasında XXV turun ilk oyun gününə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Səbail”lə görüşüb.

“Qırmızı-qaralar” səfər matçına ötən turla müqayisədə 4 dəyişikliklə çıxıb. Tərlan Əhmədli, Yusif Nəbiyev, Yurgen Qoxa və Rövlan Muradov Bakıdakı “ASCO Arena”da təşkil olunan oyunun start heyətində yer alıb. Onlar Anar Nəzirov, Murad Musayev, Stefan Vukçeviç və Rüfət Əhmədovu əvəzləyib.

Matçın ilk yarısı qarşılıqlı hücumlarla keçib. Oyuna fəal başlayan “Qəbələ” artıq ilk 10 dəqiqədə üç təhlükəli zərbə ilə diqqət çəkib. Lakin Ceyms Adeniyi, Nikolas Raysel və Rafael Utriqin zərbələrini rəqib qapıçı dəf edib.

Meydan sahiblərinin hücumlarının qarşısını isə “qırmızı-qaralar”ın müdafiəçiləri alıb. Komandamız fasiləyədək daha bir neçə dəfə qola yaxın olub. Lakin futbolçularımız hədəfə düşə bilməyib.

İkinci hissəyə də fəal başlayan komandamız qol vurmaq üçün növbəti şansı əldə edib. Rövlan Muradovun zərbəsini qapıçı küncə çıxarıb. Merab Qiqaurinin qırmızı vərəqə almasından sonra say üstünlüyü qazanan paytaxt təmsilçisi təşəbbüsü də ələ alıb.

Hissənin ortalarında meydan sahibləri hesabı açıb. “Qırmızı-qaralar” azlıqda qalmasına baxmayaraq oyunda dönüş yaratmağa çalışsa da, komandamızın səyləri bəhrəsini verməyib. Beləliklə, səfərdə 0:1 hesabı ilə uduzan “Qəbələ” paytaxtdan xalsız dönüb.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Çətin, ağır oyun olacağını bilirdik. Çünki həm meydan süni örtüklüdür, həm də “Səbail” müdafiə meylli komandadır.

Yenə fərqli hissələr oynadıq. İlk yarıda qurduğumuz hücumlar məni məmnun etdi. Amma ikinci hissədə lazımsız qırmızı vərəqə ilə oyun ritmindən qopduq. İtiriləsi heç nə yoxdur, çalışıb, daha artığını edib, mövsümə layiqli yekun vuracağıq”.

Baxşıyev matçın gedişində əvəzetmələrin gecikməsinə görə hakimlərə etiraz etməsinə də toxunub: “Baş məşqçilər kimi hakimlər üçün də mətbuat konfransı keçirilsə yaxşı olar.

5 dəqiqə imkan vermıədi ki, oyunçu meydana daxil olsun. Etirazım da ona görə idi. Top çıxır, amma imkan vermir. Səbəbini də onlardan başqa heç kim bilmir.

Hakimlikdən deyil, komandamdan danışmaq istəyirəm. Amma bu qədər də olmaz. Hər epizodu saxlamaq, həm futbolun sürətini azaldacaq, həm də futbolçular mübarizədən qaçacaq.

On nəfərlə qalandan sonra toparlanmaq çətin idi. Komandanı necə əziyyətlə formalaşdırmışıq. Mövsüm başlayanda biz hələ komplektləşdirmə ilə məşğul idik.

Amma mövsümün gedişində avrokubok zonasına yaxınlaşmışdıq. Lakin bəzi oyunlarda itkilər olur. Çox geniş heyətə də malik deyilik.

Hər oyunçunun kənarda qalması bizə təsir edir. 5-6 qol imkanı yaradırıq, amma istifadə edə bilmirik. Oyun baxımından deyil, nəticə baxımından eniş hiss olunur.

Merab Qiqauri təcrübəli futbolçudur. Onu klub tərəfindən cəza gözləyir. Mənim gördüyüm qədər epizodun birində sarı var. Hər epizoda da xəbərdarlıq vermək düzgün deyil. Yoxsa hər matçda 4-5 futbolçu kənarda qalacaq. İstəyirik ki, mövsümü tamamlayaq”.

“Səbail” – “Qəbələ” 1:0

“ASCO Arena”, tamaşaçısız

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Nahid Əliyev

Dördüncü hakim: Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Sarı vərəqələr: Hendrik Ekşteyn, 38 (qeyri-idman hərəkəti); Mirsayib Abbasov, 84 (qeyri-idman hərəkəti); Elçin Rəhimli, 88 (oyunun bərpasının ləngidilməsi) // Merab Qiqauri, 20, 51 (qeyri-idman hərəkəti); Yurgen Qoxa, 86 (hakimin qərarına etiraz)

Qırmızı vərəqə: Merab Qiqauri, 51

Qol: Amil Yunanov, 61

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

“Səbail”

96. Nikolas Hagen

14. Rahid Əmirquliyev (k)

34. Urfan Abbasov

28. Məqsəd İsayev

22. Əfran İsmayılov

(20. Ruslan Hacıyev, 74)

29. Amil Yunanov

27. Hendrik Ekşteyn

(17. Elçin Rəhimli, 88)

19. Luka İmnadze

(7. Mirsayib Abbasov, 64)

23. Milovan Petrovik

4. Ali Sisey

3. Turan Manafov

Ehtiyat oyunçular:

1. Kamran Ağayev

25. Elxan Əhmədov

26. Kamal Qurbanov

11. Rauf Əliyev

9. Florian Kadriu

44. Şamil Cəfərov

38. Zeynəddin Abdurahmanov

Baş məşqçi: Aftandil Hacıyev

“Qəbələ”

94. Tərlan Əhmədli

11. Asif Məmmədov (k)

(6. Kamal Mirzəyev, 79)

74. Yusif Nəbiyev

9. Ehtiram Şahverdiyev

99. Ceyms Adeniyi

77. Merab Qiqauri

32. Nikolas Raysel

(26. Stefan Vukçeviç, 62)

13. Yurgen Qoxa

2. Vinko Medimoreç

23. Rafael Utriq

(70. Ülvi İsgəndərov, 83)

10. Rövlan Muradov

Ehtiyat oyunçular:

1. Anar Nəzirov

5. Rasim Ramaldanov

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

14. Cavid Hüseynov

17. Yaovi Akakpo

20. Faiq Hacıyev

55. İdris İnqilablı

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu