"Daha o yaşda deyiləm ki, ..." - Əfran İsmayılov

1 May 2021 22:20 Səbail 1 074
"Daha o yaşda deyiləm ki, ..." - Əfran İsmayılov

"Müqaviləm mövsümün sonu başa çatır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Təcrübəli futbolçu amma hələ də yeni müqavilə təklifi almadığını bildirib: "Hələlik heç kim heç nə deməyib. Gözləyək görək komandanın büdcəsi necə olacaq. İnşallah ondan sonra qərar veriləcək. Daha o yaşda deyiləm ki, deyim elə olacaq, ya belə. Ən yaxşısı nə olacaqsa, ona da uyğu hərəkət edəcəyik. Görək vəziyyət necə olur".

32 yaşlı futbolçu karyerasını bitirməyi hələ düşünmür: "Hələ təklif almamışam. Gözləmə mövqeyindəyəm. Oynamağa gücüm var və komandama kömək etməyə hazıram".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!