"Bəzən nəticələr planlaşdırdığımız kimi getmir, amma ..."

24 Aprel 2021 22:20 Səbail 797
"Bəzən nəticələr planlaşdırdığımız kimi getmir, amma ..."

"Keşlə" ilə oyuna yaxşı hazırlaşırıq. Məşqlərimiz yaxşı keçir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə" ilə oyun haqqından danışan "Səbail"in müdafiəçisi Ali Sisey deyib.

Sierra Leoneli futbolçu komandasının 7 oyundu qələbəyə həsrət qalmasını belə izah edib: "Bu futboldur. Bəzən nəticələr planlaşdırdığımız kimi getmir. Amma məqsədimiz qələbə qazanmaqdır".

27 yaşlı futbolçu "rəqibin sonuncu pillədə olması bu görüşdə sizin qələbə şansınızı artırırmı?" sualına cavabı isə belə olub: "Xeyr. Rəqibin cədvəldə hansı mövqedə olmasından asılı olmayaraq hər oyuna eyni münasibət göstəririk. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq və digər oyunlar kimi bu oyunda da məqsədimiz üç xaldır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti