"Qarabağ"la oyunda bir xala layiq idik"

19 Aprel 2021 22:20 Səbail 528
"Qarabağ"la oyunda bir xala layiq idik"

"Ağır oyun olacağını bilirdik. Ciddi hazırlaşmışdıq ki, ən azında bir xal götürə bilək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la bərabərə qaldıqları (1-1) oyun haqqında danışarkən "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Təcrübəli futbolçu hələ qarşıda daha ağır oyunların qaldığını bildirib: "Məqsədimizə çata bildik. Əzmkar oyunumuzla bir xala layiq idik. Bilirdik ki, bu meydanda "Qarabağ"a da ağırdı oynamaq. Qarşıda bundan da ağır oyunlarımız var".

İsmayılov komandadakı çətinliklərdən də söz açıb: "Düzdü, komandada maddi cəhətdən çətinliklərimiz var. Yüksək yerlərdən geri qalmışıq. Amma buna baxmayaraq ili yüksək səviyyədə başa vurmaq istəyirik. Əlimizdən gələnin ən yaxşısını komanda üçün etməyə çalışırıq. Təcrübəli futbolçularımız var. Çoxumuz bir yerdə uzun müddət oynamışıq. Mübariz olmağımızda baş məşqçimizin də böyük əməyi var".

Digər Xəbərlər
Xəbər Lenti