Şahruddini xəstəxanalıq edən hücumçu: "O da başa düşür ki…"

17 Aprel 2021 13:00 Səbail 2 695
Şahruddini xəstəxanalıq edən hücumçu: "O da başa düşür ki…"

"Qarabağ"ı büdrədəcəyimizə inam vardı. Qalib də gəlmək olardı. Amma bir xal da pis nəticə deyil"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la bərabərə (1-1) qaldıqları oyun haqqında danışarkən "Səbail"in hücumçusu Amil Yunanov deyib.

Yunanov onunla ikili mübarizədən sonra ciddi xəsarət alaraq görüşü yarımçıq tərk edən Şahruddin Məhəmmədəliyevlə danışdığını bildirib: "Bəli, oyundan sonra Şahruddinlə danışmışam.

O da başa düşür ki, futbolda belə şeylər olur. Şahruddin yaxşı insandır. Xətri mənim üçün əzizdir. İstəməzdim ki, belə olsun. İnşallah, tezliklə düzəlib meydanlara qayıdacağına inanıram".

Millimizin də üzvü olan futbolçu həmin epizoda görə qırmızı vərəqə verilməsini ağır qərar sayır: "Hər oyun aqressivlik göstəririk. Amma bununla hansısa komandanın oyunçularını zədələmək fikrimiz yoxdur.

Sadəcə, təsadüfi olan bir şeydir. Məncə, həmin epizodda hakimin qərarı düzgün idi. Qırmızı vərəqə çox ağır qərar olardı".

Digər Xəbərlər
Xəbər Lenti