Premyer Liqa komandasının "cib"i boşdur: "Pandemiya ən çox bizə təsir edib"

17 Aprel 2021 11:20 Səbail 19 339
Premyer Liqa komandasının "cib"i boşdur: "Pandemiya ən çox bizə təsir edib"

"Klubun gələcək planları ilə bağlı görüş olmayıb".

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev belə deyib.

Bayıl təmsilçisinin çalışdırıcısı düşərgədəki problemlərdən söz açıb, klubun gələcək perspektivi barədə o qədər də ümidverici danışmayıb:

"Hazırda çempionatı başa vurmağı hədəfləyirik. Biz də klubun növbəti illə bağlı gələcəyini bilmirik. Bəlkə də yaxın günlərdə rəhbərliklə görüş baş tutacaq.

Pandemiya ən çox "Səbail"ə təsir edib. Premyer Liqa tarixində bu büdcə ilə çıxış edən komanda olmayıb. Ümid edirəm ki, gələcəkdə daha yaxşı büdcə ilə "Səbail" görəcəyik.

Belə komanda düzəltmək əziyyət tələb edir. İnanırıq ki, bu komanda yaşayacaq. İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir.

Cibi boş bir az çətin olur (gülür). Bəlkə də biz bundan da çətin anlar yaşamışıq. Təcrübəli oyunçular çoxdur və durumu başa düşürlər.

Gənc futbolçuların potensiallarını üzə çıxarmağa çalışırıq. Onu inandırmaq istəyirik ki, həqiqətən yaxşı oyunçu ola bilər. Qalan matçlarda bəlkə də qiymətlərini qaldıracaqlar.

Premyer Liqada hər oyun vacibdir. Meydana çıxırsa, deməli, nəsə qazanır. Bizim vaxtımızda da çətin illər olub. İnam bu il də var ki, futbolumuzun imkanı üst səviyyələrə qalxacaq".

Digər Xəbərlər
Xəbər Lenti