"Qızıl xal qazandıq, "Qarabağ"a qarşı iki 90 dəqiqənin gücünü sərf etdik"

16 Aprel 2021 20:40 Səbail 794
"Qızıl xal qazandıq, "Qarabağ"a qarşı iki 90 dəqiqənin gücünü sərf etdik"

"Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq.

Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçdik, amma qol buraxdıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXIII turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, oyunçular sonadək mübarizə aparıblar: "Bu gün qızıl xal qazandıq. Hər xal bizim üçün çox önəmlidir. "Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik".

Baş məşqçi Ruslan Hacıyevin məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün meydanda olmadığını söyləyib.

Hacıyev qapıçı Kamran Ağayevin məşq zamanı ayağından zədə aldığını və müalicəsinin davam etdiyini sözlərinə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti