"Neftçi" və "Qarabağ" - Az səhv edən sonda titul qazanacaq"

13 Aprel 2021 09:40 Səbail 565
"Neftçi" və "Qarabağ" - Az səhv edən sonda titul qazanacaq"

"Biz daha yuxarı yerlərdə olmağa layiq futbol nümayiş etdiririk".

Bu sözləri Sportinfo.az-a açıqlaamasında "Səbail"in qapıçısı Nikolas Hagen deyib.

Bayıl təmsilçisi 22 tura 20 xal toplayıb və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Qvatamelalı kiper Premyer Liqanın gərgin keçdiyini və son turlarda mübarizənin daha amansız şəkil alacağını bildirib:

"Yaxşı kollektivimiz və güclü baş məşqçimiz var. Komandamız maraqlı və baxımlı oyun sərgiləyir. Bəzən bəxtimiz gətirmir. Amma qətiyyən ruhdan düşmürük, mübarizəmizi davam etdiririk".

O, çempionluq mübarizəsi haqqında da öz fikirlərini bildirib: "Neftçi" və "Qarabağ" çox yaxşı komandadır. Onlar arasında sona kimi çempionluq mübarizəsi olacaq. Az səhv edən sonda titul qazanacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti