Azərbaycan klubu Ukrayna millisinin sabiq müdafiəçisi ilə müqaviləni uzatmayacaq

11 Aprel 2021 20:20 Səbail 1 087
Azərbaycan klubu Ukrayna millisinin sabiq müdafiəçisi ilə müqaviləni uzatmayacaq

"Sabah” fevralda heyətinə qatdığı Zurab Oçiqavanın müqaviləsini uztmayacaq.

Sportinfo.az-ın məlumatına görə, gürcü əsli ukraynalı müdafiəçi hazırda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyevin gələcək planlarına daxil deyil.

25 yaşlı legionerlə mövsümün sonunadək müqavilə bağlanıb.

Oçiqava peşəkar karyerası ərzində ölkəsinin “İlyiçevets” (2014 - 2015), “Dinamo-2” (Kiyev, 2015 - 2016), “Dinamo” (Kiyev, 2016 - 2017), “Olimpik” (Donetsk, 2017 - 2018), “Dnepr-1” (2018 - 2019), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib.

O, Ukraynanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"