Nikolas Hagen: "Bəzən komandamı daha çox qoldan xilas edirəm"

11 Aprel 2021 22:40 Səbail 1 861
Nikolas Hagen: "Bəzən komandamı daha çox qoldan xilas edirəm"

"Düşünürəm ki, çətin oyun oldu. Bu ən yaxşı oyunumuz deyildi, amma inkişaf etdirəcəyik".

"Sabah"la bərabərə qaldıqları oyun haqqında Sportinfo az-a açıqlamasında "Səbail"in qapıçısı Nikolas Hagen deyib.

Əcnəbi qapıçı mövsümün sonuna doğru səbrli olmalı olduqlarını düşünür:

"Daha çox xal əldə edib vəziyyətimizi yaxşılaşdırmaq üçün şanslarımız var. Səbrli davranmalıyıq. Nəticələr gələcək. Mövsümün sonu olduğunu bilirəm. Xallara böyük ehtiyacımız var".

"Sabah"la oyunda komandasını bir neçə dəfə real qoldan xilas edən qapıçı öz çıxışını belə dəyərləndirib: "Mən öz işimi görürəm. Bunun üçün burdayam.

Bəzən komandamı daha çox qoldan xilas edirəm. Bu oyun da o oyunlardan biriydi. Komanda yoldaşlarıma kömək etməkdən həmişə məmunam".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu