Ramil Şeydayevin bəxti üzünə gülmədi - FOTOREPORTAJ

11 Aprel 2021 09:20 Səbail 420
Ramil Şeydayevin bəxti üzünə gülmədi - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Səbail"i qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşmada qol vurulmayıb. Görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib.

90+2-ci dəqiqədə "Səbail"in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+3-cü dəqiqədə "Səbail"in hücumçusu Rauf Əliyev rəqib müdafiəçisi Bəhlul Mustafazadə ilə toqquşub. Nəticədə hər iki oyunçu zədə alıb.

Qonşu pillələrdəki komandalar 20-ci xalını qazanıb və 6-7-ci yerləri bölüşdürürlər.

Digər Xəbərlər
Xəbər Lenti