AFFA Premyer Liqanın 5 klubunu eyni cəzaya məruz qoydu

6 Aprel 2021 16:20 Səbail 517
AFFA Premyer Liqanın 5 klubunu eyni cəzaya məruz qoydu

AFFA İntizam Komitəsi "Səbail"i 800 manat məbləğində cərimələyib.

Sportinfo.az xəbər verir ki, buna "dənizçilər"in "Zirə" ilə heç-heçə etdikləri ölkə çempionatının XXI tur matçında topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəb olub.

"Qartallar" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Sabah", "Qəbələ" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

"Sabah" - "Qəbələ" oyununda meydan sahiblərinin 4, qonaqların 5, "Neftçi" – “Sumqayıt” qarşılaşmasında isə "ağ-qaralar"ın 8 oyunçusu sarı vərəqə ilə cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti