“Səbail”in qırılan… FOTO

6 Aprel 2021 11:20 Səbail 460
“Səbail”in qırılan… FOTO

“Səbail”in ev oyunlarındakı qol seriyası qırılıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa çərçivəsində öz meydanında keçirdiyi son 11 oyunda rəqib qapısına yol tapan bakılılar XXI turda dayanıb.

“Səbail” “Zirə”nin qapısına yol tapa bilməyib – 0:0. “Səbail” sonuncu dəfə 2020-ci il fevralın 2-də “Qarabağ”la görüşdə (0:1) qonaqların qapısına qol vurmamışdı.

Ötən mövsümün 2, cari çempionatın 9 matçında fərqlənən paytaxt təmsilçisi bu müddətdə 4 qələbə qazanıb, 3 heç-heçə edib və 4 dəfə uduzub. “Səbail” seriya dövründəki 11 ev oyununda 16 qola sevinib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi