Azərbaycan klubu yaşayacaq, sponsorlar da tapacaq, amma… QƏRAR VERİLDİ

4 Aprel 2021 11:40 Səbail 3 580
Azərbaycan klubu yaşayacaq, sponsorlar da tapacaq, amma… QƏRAR VERİLDİ

«Səbail»in gələcəyi ilə bağlı müəmmaya son qoyulub. 2016-cı ildə yaranan klub fəaliyyətini davam etdirəcək.

Bu barədə qərar SOCAR tərəfindən verilib.

Neft şirkətində bununla bağlı aaparılaan müzakirələrə digər sponsorlar da qoşulub. Yekun qərara əsasən, növbəti mövsümdə də Bayıl təmsilçisinə büdcə ayırlması razılaşdırılıb.

Həmçinin «Səbail»in maliyyələşməsində əlavə qüvvədən istifadə olunması lazım bilinib. Bu məqsədlə Azərbaycan və Türkiyə ilə əlaqəli bir sıra şirkətlərlə danışıqların aparılması tapşırılıb.

"Səbail”in martın 17-də bəyanat yaymasını xatırladaq. İcraçı direktor Fərəc Əliyevin yaydığı bəyanatda deyilir:

"Səbail” Peşəkar Futbol Klubunun növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması ilə bağlı yazılan informasiya heç bir fakta əsaslanmır.:

"Bu, tamamilə, əsassızdır. Mövsümün gedişində hər hansısa futbolçunun komandadan ayrılması bir çox ölkədə, yerli və xarici klublarda baş verən hadisədir.

Bu səbəb növbəti mövsüm komandanın fəaliyyətinə davam etməməsinə əsas vermir.

İctimaiyyətdən xahiş edirəm ki, klubumuz ilə bağlı yalnız rəsmi şəxslərdən, klubun rəsmi saytından, həmçinin sosial media hesablarından paylaşılan məlumatlara inanıb, etibar etsinlər! Bir daha qeyd edirəm ki, "Səbail” PFK fəaliyyətinə davam edir və edəcək”.

Əlbəttə, Fərəc Əliyev öz havasına belə bir bəyaaat yaymayıb. Yeri gəlsə, o, kimdir? Heç bir real səlahiyyəti və təsir gücü olmayan biridir.

Vaxtilə ”İnter”də çalışmış, özü haqda kifayət qədər mənfi fikir formalaşdırmış və buradan qalmaqalla uzaqlaşdırılmış Əliyevin ”Səbail”ə necə gəlib çıxmasınıqoyaq bir kənara.

O dəqiqdir ki, icraçı direktor öz sözünü demir, ”yuxarı”nın fikrini ictimaiyyətə çatdırır. Deyibər, belə danış, o da danışır. SOCAR və AFFA ilə razılaşdırmadan ağzını açmazdı yoxsa.

Demək ki, hər iki tərəf ”Səbail”in yaşaaması fikrində ortaq məxrəcə gəlib. Ola bilər ki, yayda idarəçilik əl dəyişsin. Tamerlan Abdullayev faktiki olaraq iddiasından əl çəkib, daha klubla yaxından maraqlanmır.

”Səbail” ötən mövsümdən bəri prezident postunun qeyri-rəsmi sahibi üçün onuncu dərəcəli iş səviyyəsinə düşüb. Nə gəlir, nə gedir. Futbolçular onun üzünü axırıncı dəfə nə vaxt görmələrini xatırlamır.

Sadəcə, klubun adı üstündə qalıb, yaxasını tamamilə kənara çəkməyi özünə yaraşdırmır. Bu, eyni zamanda, Aftandil Hacıyevə hörmətdən qaynaqlanır.

Baş məşqçini 3 il qabaq bura o gətirib. Sonradan Hacıyevə bir nevə təklif gəlsə də, maliyyə vəziyyətinin pisləşməsinə baxmayaraq, ”Səbail”i yarı yolda atıb getməyib. Abdullayev də başa düşür ki, bu jesti qiymətləndirməlidir.

Təbii, imkanı daxilində. Bəllidir ki, Abdullayevin maddi rııçaqları əvvəlkitək geniş sahələri əhatə etmir. Dairəsi daralıb.

Bəli, o, AFFA və SOCAR prezidenti Rövnəq Abdullayevin qardaşı oğludur, amma… Burada sözünün keçmədiyi məsələlər də tez-tez qarşısına çıxır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!