"Zirə"yə mesaj verdi: "Bütün tapşırıqları yerinə yetirəcəyik"

3 Aprel 2021 09:40 Səbail 487
"Zirə"yə mesaj verdi: "Bütün tapşırıqları yerinə yetirəcəyik"

"Fasilədən çox yaxşı istifadə etdik və çalışdıq. Düşünürəm ki, indi yaxşı vəziyyətdəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in şimali yarımmüdafiəçisi Florian Kadriu deyib.

Şimali makedoniyalı legioner bu gün Premyer Liqanın 21-ci turu çərçiəvsində qarşılaşacaqları "Zirə" ilə oyun barədə danışıb:

"Zirə"nin yaxşı komandaya sahib olduğunu bilirik. Çox vacib görüş olacaq. Baş məşqçimizin bütün tapşırıqlarını yerinə yetirəcəyik. Oyunu qazanmaq üçün ən yaxşı futbolumuzu göstərəcəyik".

28 yaşlı futbolçu mövsümün qalan bölümünü "Səbail" üçün belə dəyərləndirib: "Mövsümün qalan görüşlərinin çətin olacağını bilirik.

Bütün oyunlar vacibdir. Yaxşı komandamız var. Qarşıdakı 8 turda yaxşı nəticə qazanıb, yuxarı pillələrə qalxacağımıza ümid edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"