"Almaniya üzərində qələbə Makedoniya tarixinin ən böyük qələbəsidir" - "Səbail"in legioneri

1 Aprel 2021 19:20 Səbail 1 039
"Almaniya üzərində qələbə Makedoniya tarixinin ən böyük qələbəsidir" -

Almaniya millisi 20 ildən sonra dünya çempionatlarının seçmə mərhələsində uduzub.

DÇ-2022-nin seçmə oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.

Komanda Yoahim Lövün rəhbərliyi altında seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmış və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.

Almaniya son olaraq 2001-ci ildə DÇ-2002-yə gedən yolda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda daha əvvəl isə mundialların seçmə mərhələlərində 1985-ci ildə Portuqaliyaya məğlub olub - 0:1.

"Səbail"in makedoniyalı legioneri Kadriu Florian Sportinfo.az-a açıqlamasında ölkəsinin millisinin Almaniya üzərindəki tarixi qələbəsindən söz açıb:

"Almaniyanı udmaq böyük bir qələbədir. Onların necə yığma olmasını bilirik. Bu qələbə Makedoniya tarixin ən böyük qələbəsidir.

Makedoniyanın hazırda çox yaxşı komandası var. Ümid edirəm ki, yaxşı nəticələrin davamı gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!