"7-8 müdafiəçi ilə yaxşı müdafiə qurmaq olar, amma ..."

31 Mart 2021 20:00 Səbail 1 123
"7-8 müdafiəçi ilə yaxşı müdafiə qurmaq olar, amma ..."

"Fasilədən sonra "Zirə" ilə oynayacağıq. Yaxşı nəticə qazanmaq istəyirik. Plan üzrə hazırlıqlarımız davam edir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Təcrübəli futbolçu millimizin DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi oyunlarını da dəyərləndirib: " İstəyərdik ki, yaxşı nəticələr olsun. Rəqiblərin gücü bəlliydi. Amma reallıq bu idi ki, hazırkı durumda nəticə qazana bilməyəcəyik. Oyun baxımından da elə yaxşı oynamadıq. Ancaq müdafiə olunduq. Əsas heyətdə 7-8 müdafiəçimiz vardı. Hücumda heç bir şeylə yadda qalmadıq. Nə qədər müdafiə olunsaq da məğlub olduq. Belə oyunla yaxşı nəticə qazanmaq çətindir. 7-8 futbolçu ilə yaxşı müdafiə qurmaq olar, amma hücumda çətinlik yaranacaq. Çünki irəlidə hücumçu keyfiyyəti bir başqadır. Nəticə yaxşı olmasa da, amma əvvəlki illərlə müqayisədə çox qol buraxmırıq. Müdafiədə etibarlı çıxış edirik. Bu da uğur qazanmağa kifayət etmir".

26 yaşlı futbolçu Canni De Byazidən dəvət gözlədiyini bildirib: "Hər zaman çağrılacağıma ümid eləmişəm. Çünki daima stabil oynayıram. Düzdü ilk dəfə debütum uğurlu alınmadı. Amma bu futbolu. Futbol bir səhvlə qurtarmır. Hər bir futbolçu səhv edə bilər. Çağırılmasam da çalışacam özümü daha yaxşı göstərim və dəvət etsinlər. Mən də millinin formasın geyinmək istəyirəm.

Bilirəm ki, debütdə etdiyim səhv mənə baha başa gəldi. Ona görə milliyə çağrılmıram. Amma hamı səhv edir. Mən də əvvəl milimizin heyətində böyük futbolçular da səhv ediblər. İnanmıram ki, bir səhvlə futbolçunu silərlər".

Nağıyev milli komandaya dəvət almadığı üçün daha böyük əzimlə çalışdığını bildirib: "Çağrılmadığım üçün həvəsdən düşmürəm.. Özümü sübut eləmək üçün oyunlara daha da yaxşı hazırlayıram. Həm klubuma xeyrim dəysin, həm də milliyə dəvət almağım üçün. Millimizin məşqçiləri oyunlarımıza gəlir. Özüm haqqında müsbət fikirlər formalaşdırmalıyam ki, onlar da məni dəvət eləsinlər. Elədiyimi səhvi unutdurmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı