“Məni heç kim klubdan uzaqlaşdırmayıb”

23 Mart 2021 19:00 Səbail 1 949
“Məni heç kim klubdan uzaqlaşdırmayıb”

“Əvvəlkitək öz işimin başındayam və məni heç kim klubdan uzaqlaşdırmayıb”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq hücumçusu Zaur Ramazanov deyib.

O, ötən ilin yayından çalışdığı “Səbail”də işini davam etdirdiyini və klubdan ayrılmaq niyyətində olmadığını bildirib:

“Mən burada baş menecerəm. Əsas fəalliyyət sahəm akademiya ilə bağlıdır. İstedadlı uşaq və yeniyetmələrin tapılıb akademiyaya cəlb olunmasına köməklik göstərirəm.

Klubdakı işimdən razıyam və hamıyla münasibətim yaxşıdır. Nədənsə narahatlığım yoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti