"Portuqaliyadan 1 xal götürə bilsək, bu, uğur sayılacaq"

22 Mart 2021 22:20 Səbail 989
"Portuqaliyadan 1 xal götürə bilsək, bu, uğur sayılacaq"

"Ağır oyunlar olacaq. Əsas da ona görə ki, səfərdə oynayacağıq.

Evdə oynayanda daha istəkli oluruq və ən azından, 1 xal qazanmaq şansımız olur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Azərbaycan martın 24-də İtaliyadakı "Yuventus" stadionunda Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Mllimizin sabiq üzvü Portuqaliya ilə matçda qazanılacaq 1 xalı uğur sayır: "Arzu edirəm ən yaxşı nəticə ilə Bakıya qayıtsınlar. Hər iki rəqib də çətindir.

Bir xal götürə bilsək, bu, uğur sayılacaq. Milli hamımızındır. Kimliyindən asılı olmayaraq, ona hamımız azarkeşlik edirik.

Heyət tamamilə dəyişilib. Cavanlara daha çox üstünlük verilib. Özlərini daha yaxşı göstərməlidirlər ki, yerlərini möhkəmləndirə bilsinlər.

Həm də ölkə xaricinə getmək şansları yaranacaq. Çünki millidən ölkə xaricinə getmək daha rahatdır".

Digər Xəbərlər
Xəbər Lenti