“Bu gün nəsə deyə bilmərik, çünki hələ heç nə bəlli deyil”

19 Mart 2021 16:40 Səbail 539
“Bu gün nəsə deyə bilmərik, çünki hələ heç nə bəlli deyil”

“Hələ heç bir futbolçu ilə müqaviləni uzadıb-uzatmamaqla bağlı söhbət etməmişik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, demək olar bütün komanda üzvləri ilə sözləşmənin mövsümün sonunda bitəcəyini, bununla belə, yekun qərar verməyə tələsmədiklərini söyləyib:

“Bütün bu məsələlərə may-iyun aylarında aydınlıq gələcək. İndi əsas məsələ Premyer Liqanı yaxşı başa vurmaq və heç kimə borclu qalmamaqdır.

Hər şey şərtlərdən asılı olacaq. Bu gün nəsə deyə bilmərik, çünki hələ heç nə bəlli deyil”.

Digər Xəbərlər
Xəbər Lenti