Azərbaycanda klubun dağılıb-dağılmayacağı açıqlandı

17 Mart 2021 14:20 Səbail 1 616
Azərbaycanda klubun dağılıb-dağılmayacağı açıqlandı

"Səbail” Peşəkar Futbol Klubu bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, icraçı direktor Fərəc Əliyevin yaydığı bəyanatda deyilir:

"Səbail” Peşəkar Futbol Klubunun növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması ilə bağlı yazılan informasiya heç bir fakta əsaslanmır.:

"Bu, tamamilə, əsassızdır. Mövsümün gedişində hər hansısa futbolçunun komandadan ayrılması bir çox ölkədə, yerli və xarici klublarda baş verən hadisədir.

Bu səbəb, növbəti mövsüm komandanın fəaliyyətinə davam etməməsinə əsas vermir.

İctimaiyyətdən xahiş edirəm ki, klubumuz ilə bağlı yalnız rəsmi şəxslərdən, klubun rəsmi saytından, həmçinin sosial media hesablarından paylaşılan məlumatlara inanıb, etibar etsinlər! Bir daha qeyd edirəm ki, "Səbail” PFK fəaliyyətinə davam edir və edəcək.

Hörmətlə, "Səbail” PFK İB-nın icraçı direktoru Fərəc Əliyev".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"