“Gözlənilməz oldu, bu qərarı vermək məcburiyyətində qaldıq“

16 Mart 2021 09:40 Səbail 1 296
“Gözlənilməz oldu, bu qərarı vermək məcburiyyətində qaldıq“

“Eşitdiyimiz xəbər bizim üçün gözlənilməz oldu, bu qərarı vermək məcburiyyətində qaldıq“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail“in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisi dünən Peyman Keşavarzla yollarını ayırıb. İranlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl qarşılıqlı razılıq əsasında xitam verilib.

2020-ci ilin yanvarında “Səbail”ə gələn legioner artıq azad agent statusu alıb. Hacıyevin bildirdiyinə görə, onun gedişinə səbəb ailə problemi ilə əlaqədardır:

“Bizə dedi ki, belə bir şəxsi problemi yaranıb, xəstələnən var. Burada qala bilməyəcəyini söylədi və xahiş etdi ki, müqaviləni pozaq.

Mövsümün başa çtmasına hələ 3 ay qalıb və Peymanın gedişini qəti,yyən arzulamazdıq. Hər halda əsas heyət üzvlərindən biri idi.

Düşdüyü vəziyyətə anlayış göstərib, ölkəsinə qayıtmasına icazə verdik“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!