"Çox danışmağa ehtiyac yoxdur" - Aftandil Hacıyev

14 Mart 2021 19:20 Səbail 670
"Çox danışmağa ehtiyac yoxdur" - Aftandil Hacıyev

"Çox danışmağa ehtiyac yoxdur. İki komandanı müqayisə etsək, hədəflər bəllidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, bu dəfə oyunu 3 hissəyə bölmək lazımdır: "İlk yarıda çox yaxşı oynadıq. "Neftçi"nin qapısına penalti təyin olunmalı idi. 65-ci dəqiqədən sonra meydanda sadəcə, rəqib vardı. Məni düşündürən məğlubiyyət deyil, son 25 dəqiqədəki oyunumuzdur. "Neftçi"nin ustalığı özünü göstərdi".

Baş məşqçinin sözlərinə görə, bugünədək ən ağır qrafiklə oynayan komanda "Səbail"dir: "Qarşıdakı fasilədən maksimum yararlanmağa çalışacağıq". (Report)

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"