"Hər zaman "Qarabağ" və "Neftçi"ni fərqləndirmişəm"

14 Mart 2021 16:00 Səbail 637
"Hər zaman "Qarabağ" və "Neftçi"ni fərqləndirmişəm"

"Çempionatın ən ağır oyunlarından birinə çıxacağıq. "Neftçi" çempionluğa oynayan komandadır. Hər zaman "Qarabağ" və "Neftçi"ni digər rəqiblərdən fərqləndirmişəm. Amma buna baxmayaraq yaxşı əhval-ruhiyyə ilə oyuna hazırlaşmışıq"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in kapitanı Rahid Əmirquliyev deyib.

Təcrübəli futbolçu bu gün baş tutacaq oyunda "Neftçi"nin itkilərindən də söz açıb: "Düzdü, "Neftçi"də itkilər var. Emin Mahmudov və Mamadu Mbodc oynamayacaq. Hər ikisi "Neftçi" üçün önəmli futbolçulardı. Məncə "Neftçi" kimi komandada onları əvəzləyici tapmaq problem olmaz. Heyətləri genişdir. Onların yoxluğunun bizi rahatlaşdıracağını düşünmürəm".

Kapitan rəqibdən asılı olmayaraq meydana yaxşı nəticə üçün çıxacaqlarını bildirib: "Qarabağ"la oyunda da yaxşı mübarizə aparmışdıq. Qol epizodlarımız olsa da istifadə edə bilməmişdik. Hansı rəqiblə oynamağımzdan asılı olmayaraq, bütün oyunlarda çalışırıq ki, yaxşı nəticə qazanacaq. Bu gün də nə gücümüz var qoyacağıq ki, meydandan yaxşı nəticə ilə ayrılaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!