"Onlar da milliyə dəvət edilsələr, təəccüblənmərəm"

13 Mart 2021 17:40 Səbail 1 421
"Onlar da milliyə dəvət edilsələr, təəccüblənmərəm"

"Amildən başqa heyətimizdə bir neçə futbolçu var ki, milliyə dəvət edilsələr, təəccüblənmərəm".

Bu sözləri Sportinfo.az-a açııqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib.

Amil Yunanov komandaya gələndən sonra gözləniləndən də yaxşı çıxışla yadda qalır. Gənc mütəxəssis bildirib ki, sözügedən hücumçunun hazırkı durumu ölkənin əsas yığmasına çağırılmağa yetərlidir:

"Amil son oyunlarda çalışır ki, yaxşı performans nümayiş etdirsin. Milliyə dəvət alıb-almamasına Canni De Byazi qərar verəcək.

Amma biz tərəfdən Amilin yenidən futbolumuza qazandırmaq baxımından yaxşı addım atmış olmuşuq. Əsas odur ki, onun bu gün meydanda olması, yenidən inkişaf etməsi üçün "Səbail" kömək etmiş olur.

Bu o demək deyil ki, yalnız komanda ona dəstək verir. Həqiqətən özü də çalışqan futbolçudur. Maksimuma çatmaq üçün üzərində çalışır. İnanıram ki, qarşıdakı dönəmdə milliyə də çağrılacaq".

Digər Xəbərlər
Xəbər Lenti