"Mən Namiq Ələsgərovu Mahir Emrelidən şanslı sayıram"

12 Mart 2021 15:00 Səbail 1 595
"Mən Namiq Ələsgərovu Mahir Emrelidən şanslı sayıram"

"Son iki turda oyunlarımızın heç-heçə ilə başa çatması, təbii ki, bizim üçün qazancdı"

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in hücumçusu Rauf Əliyev deyib.

Komandanın əsas hücumçusu olmasına baxmayaraq son turlar Əliyevi start heyətinə görə bilmirik. Əbəs deyil ki, son 3 turda təcrübəli hücumçu üst-üstə cəmi 32 dəqiqə oynamaq şansı qazanıb.

Rauf düşdüyü duruma belə izah verib: "Meydanda az olmağım zədə ilə bağlıdır. "Qəbələ"yə qarşı oyunun sonuncu dəqiqələrində də meydana ağrılarla çıxmışdım".

Bombardirlə cədvəlində Namiq Ələsgərovun Mahir Emrelidən daha şanslı olduğunu düşünən futbolçu millimizin seçmə mərhələdəki şanslarını da dəyərləndirib:

"Şanslarımızı yaxşı dəyərləndirirəm. Milli komandamıza qarşıdakı görüşlərdə uğur arzulayıram".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"