“Bundan sonra komandadan gedən olmasın, gələn gözlənilmir”

8 Mart 2021 20:00 Səbail 865
“Bundan sonra komandadan gedən olmasın, gələn gözlənilmir”

“Görürəm ki, son vaxtlar bəzi transferlər edir, amma bizim belə niyyətimiz yoxdur”.

Bu sözləri Sportinfo.az-a açılamasında “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Son turlar Premyer Liqada yaxşı təsir bağışlayan “dənizçilər” hədəfini dəyişməyib:

“Büdcəmiz geniş deyil, əldəki imkanlarla kifayətlənmək məcburiyyətindəyik. Ciddi problemimiz yoxdur, klub rəhbərliyi öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə çalışır.

Əsas odur ki, mövsümün sonunda heç kimə borclu qalmayaq. Bundan sonra komandadan gedən olmasın, gələn gözlənilmir.

Bəlkə istedadlı gənc qarşımıza çıxdı, onda hə - müqavilə bağlaya biləik”.

Digər Xəbərlər
Xəbər Lenti