"Qarabağ" bir nömrədir, Azərbaycandan onlardan yaxşı komanda yoxdur"

27 Fevral 2021 15:00 Səbail 1 066
"Qarabağ" bir nömrədir, Azərbaycandan onlardan yaxşı komanda yoxdur"

"Oyuna yaxşı hazırlaşmışdıq. Müsbət nəticə üçün səfərə yollanmışdıq.

"Qarabağ" kimi rəqibə qarşı yaxşı çıxış etdik. Hesab 0:0 olanda önə də keçə bilərdik.

Fürsətdən yararlana bilmədik. Bu futboldu, amma oyun baxımından yaxşı çıxış etdik. "Qarabağ"a qarşı belə oynamaq özümüz üçün də xoş oldu. Qarşıdakı oyunlarda da belə çıxış etsək yaxşı nəticələr qazana bilərik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"la oyun haqda danışan "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

Nağıyev cəribə zərbəsindən vurulan qola daha üzüldüklərini bildirib: "Ən azı 1 xal qazanmaq istəyirdik. Cərimə zərbəsindən buraxılan qolla uduzduq.

Bu bir az bizə pis təsir etdi. "Qarabağ"a qarşı oyun boyu bir qol epziodu vermə, amma axırda uduz. Oyun epizodundan qolu buraxsaq pis təsir etməzdi.

Bu baxımdan yaxşı olmadı. Oyun baxımından onlara oynamağa imkan vermirdik. Qol buraxandan sonra da yaxşı oynadıq. Hücumlar etdik, amma alınmadı".

Futbolçu komanda yoldaşının real qol epizdonu dəyərləndirə bilməməsindən də söz açıb: "Amil Yunanov əlinə düşən fürsəti qol çevirsə, oyun başqa məcraya gedə bilərdi.

"Qarabağ" məcbur olub hücuma daha çox çıxacaqdı. Belədə də arxada boşluqlar verəcəkdi. Amma bu futboldu. Amil öncəki oyunlarda da fərqlənə bilmişdi. Belə şeylər normaldı".

Adil Nağıyev məğlubiyyətə rəğmən bu oyunun gələcəyə böyük ümid verdiyini düşünür: "Bu oyun bizə göstərdi ki, "Qarabağ" kimi komandaya qarşı belə oynaya biliriksə, bunun üstünə qoyub daha da yaxşı çıxış edə bilərik.

"Qarabağ" Azərbaycanda bir nömrədir. Onlardan yaxşı komanda yoxdur. Bu baxımdan digər komandalara qarşı daha yaxşı oynayıb yaxşı nəticələr qazana bilərik".

Digər Xəbərlər
Xəbər Lenti