"Qismət olsa, "Zaqatala" Premyer Liqaya çıxar, onda ..."

26 Yanvar 2021 09:20 Səbail 785
"Qismət olsa, "Zaqatala" Premyer Liqaya çıxar, onda ..."

"Oyundan öncə də çətin oyun olacağını bilirdik. Çünki birinci divizon komandaları hər zaman mübariz komanda olurlar".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala" ilə ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsindəki görüş barədə danışan "Səbail"in müdafiəçisi Adil Nağıyev deyib.

İkinci hissə meydana çıxan müdafiəçi vurduğu qolun komandasına verdiyi faydadan da danışıb:

"Baş məşqçimiz daha çox az şans qazanan futbolçulara yer vermişdi. Onlar da özlərini göstərsinlər. İlk hissədə məğlub olsaq da ikinci hissədə daha düzgün oynayıb oyunu çevirə bildik.

İstəyimiz 1/4 finala vəsiqə qazanmaq idi. Bunu da bacardıq. Bizim ehtiyatda qalmağımız məşqçinin qərarı idi. İkinci hissə həm hücumda, həm də müdafiədə daha faydalı olmağımız üçün Əfran İsmayılovla məni meydana çıxdıq. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.

İkinci hissə müdafiədə daha etibarlı oynadıq və qollar vurduq. Qol çox yaxşı vaxtda vurduq. Bir qədər gec vursaydıq, bəlkə də bizə çətin olardı.

Əsas heyətdə meydana çıxanlar da pis çıxış etmədilər. Sadəcə, ilk hissə bir qədər tələskənlik vardı. Biz də meydana çıxmasaq, məncə, oyunumuzda və hesabda dəyişiklik olacaqdı".

Adil Nağıyev rəqib heyətdə "Səbail"ə güc qata biləcək futbolçular gördünmü? sualına belə cavab verib: "Zaqatala" həqiqətən yaxşı komandadır. Döyüşkən heyətləri var.Yaxşı futbolçulara sahibdilər. Amma heyətlərindəki futbolçuların Premyer Liqada bizə kömək edə bilər, yoxsa yox, onu deyə bilmərəm.

Qismət olsa, "Zaqatala" Premyer Liqaya çıxar və o zaman heyətindəki futbolçular da özlərini yaxşı tərəfdən göstərərlər".

Digər Xəbərlər
Xəbər Lenti