Türkiyə klubundan ayrılan müdafiəçi Premyer Liqa təmsilçisinin sıralarında

8 İyul 2024 02:30 Səbail 2 224
Türkiyə klubundan ayrılan müdafiəçi Premyer Liqa təmsilçisinin sıralarında

"Səbail"in heyətini Azərbaycan millisinə də cəlb edilmiş Mert Çeliklə gücləndirəcəyi haqda xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, "Başakşehir"dən ayrılan futbolçu artıq Ərzuruma yollanıb.

Mert artıq "Səbail"in düşərgəsinə qoşulub və kollektivlə birlikdə yeni sezonun hazırlıqlarını davam etdirir.

Paytaxt klubu onunla müqavilənin bütün detallarını razılaşdırıb və yaxın günlərdə rəsmi müqavilə haqda açıqlama veriləcəyi gözlənilir.

24 yaşlı futbolçu 2019-cu ildən "Başakşehir"də oynayırdı. O, bu illərdə "Kırşehir Belediyyespor", "Neftçi" və "Bandırmaspor" klublarında icarə əsasında çıxış edib.

Türkiyə U-19, U-20 və Azərbaycanın U-21 yığmasının sabiq üzvüdür.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda