"Burada maliyyə şərtləri ilə yanaşı, başqa məqamlar da var"

12 Yanvar 2021 11:40 Səbail 631
"Burada maliyyə şərtləri ilə yanaşı, başqa məqamlar da var"

"Bu futbolçu bizə təklif olunub və maraq dairəmizdədir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in çalıışdırıcısı Aftandil Hacıyev deyib.

Baş məşqçi "Vardar"dan Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirmək perspektivinə aydınlııq gətirib.

Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun "dənizçilər"lə müqavilə bağlama ehtimalının yüksək olduğu bilidirlir.

Boyan Naydenov daha əvvəl ölkəsinin "Horizont", "Miravçi", "Rabotniçki", Misirin "Smuha", İranın "İstiqlal" və Albaniyanın "Laçi" klublarında çıxış edib.

Hacıyevin bildirdiyinə görə, 30 yaşlı yarımmüdafiəçi ilə bağlı yekun qərarınıı verməyib: "Burada maliyyə şərtləri ilə yanaşı, başqa məqamlar da var.

Məsələn, Naydenovun komandamızın oyun üslubuna uyğun gəlib-gəlməməsi. Bəxtiyar Rəhmaninin gedişindən sonra bu mövqedə başqa birini sınamağımıza ehtiyac var.

Belə götürəndə, şimali makedoniyalı futbolçunu bəyənirəm, sadəcə, hələ son sözümü deməmişəm".

Digər Xəbərlər
Xəbər Lenti