"Vardar"ın orta sahə adamı Azərbaycan klubunda?

11 Yanvar 2021 23:20 Səbail 1 372
"Vardar"ın orta sahə adamı Azərbaycan klubunda?

Şimali Makedoniyanın "Vardar" klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az "vecer.mk" saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Səbail"in maraq dairəsinə düşüb.

Hazırda bir neçə komandanın şimali makedoniyalı oyunçu ilə maraqlandığı, amma onun "dənizçilər"lə müqavilə bağlama ehtimalının yüksək olduğu bilidirlib.

Boyan Naydenov daha əvvəl ölkəsinin "Horizont", "Miravçi", "Rabotniçki", Misirin "Smuha", İranın "İstiqlal" və Albaniyanın "Laçi" klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti