"Transfer olacaqsa, lap yaxşı! Olmayacaqsa..."

11 Yanvar 2021 22:20 Səbail 678
"Transfer olacaqsa, lap yaxşı! Olmayacaqsa..."

"Məşqlərimiz davam edir. Bu gün komandaya istirahət verilib. Sabahdan hazırlığa davam edəcəyik".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Səbail"in yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Təcrübəli futbolçu heyətin güclənməsinə ehtiyac olduğunu bildirib: "Komandadan 5-6 futbolçumuz ayrılıb. İnanıram ki, yeni oyunçular olacaq.

Buna ehtiyacımız var. Bəzi mövqelərdə boşluqların olmasına görə çətinlik çəkirik. Amma bu şeyləri Aftandil müəllim daha yaxşı bilir və üzərində çalışır.

Düzdür, qışda yaxşı oyunçu tapmaq bir qədər çətindir. İnanıram ki, baş məşqçimiz lazım olan oyunçuları tapa biləcək. Biz öz işimizə baxırıq. Transfer olacaqsa, lap yaxşı. Olmayacaqsa, yenə meydana çıxıb, öz futbolumuzu oynayacağıq".

Millimizin sabiq üzvü "Səbail"in yuxarı pillələrə yüksəlmək şanslarında inamla danışıb: "Çalışırıq ki, hazırkı vəziyyətdən çıxa bilək. 1-2 komandanı çıxmaq şərtilə oyun olaraq heç kimdən geri qalmırıq.

Bir qələbə ilə yuxarı pillələrə qalxa bilərsən və ya əksi ola bilər. Amma biz yuxarı pillər uğurunda çalışırıq. Əlimizdə olan heyət, büdcə və imkanlarla bacardığımızı etməyə çalışırıq. Yaxşı kollektivimiz və baş məşqçimiz var. İlk dördlüyə düşə bilərik. Niyə də olmasın?".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"