"Komandanı və baş məşqçimizi məyus etmək istəmirəm"

9 Yanvar 2021 14:00 Səbail 649
"Komandanı və baş məşqçimizi məyus etmək istəmirəm"

"Artıq peşəkar futbolçu olaraq söyləmək istəyirəm ki, bu mənim üçün çox gözəl hissdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Səbail"in əsas komandasına cəlb olunan Şamil Cəfərov dyeib.

Buna kimi Bayıl təmsilçisinin 19 yaşıllardan ibarət kollektivində çıxış edən müdafiəçi Aftandil Hacıyevin rəğbətini qazanıb. Baş məşqçinin istəyi ilə 18 yaşlı gənclə ilk peşəkar müqavilə imzalanıb.

O, keçmiş çalışdırıcısı Ruslan Qafitulin və klub rəhbərliyinə təşəkkür edib: "İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdır. Bu da mənim hədəflərimdən biri idi.

İnanıram ki, daha çox əziyyət çəkib, böyük uğurlara imza atmağa çalışacam. Hazırki məqsədim bu qərarına görə, komandanı və baş məşqçimizi məyus etməməkdir".

Digər Xəbərlər
Xəbər Lenti