Kasıblayan Bakı klubu Bəxtiyarı bəxtiyar edə bilmədi, getdi

8 Yanvar 2021 13:40 Səbail 693
Kasıblayan Bakı klubu Bəxtiyarı bəxtiyar edə bilmədi, getdi

“Səbail” Baxtiyar Rahmani ilə yolları ayırıb.

Sportinfo.az xəbər verir ki, Bayıl klubu iranlı yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Ona azad agent statusu verilib. Ötən ilin noyabrından "Səbail"də çıxış edən Rahmaninin bu ilin yayına qədər müqaviləsi var idi.

Amma tərəflər arasında ön anlaşmaya əsasən, qış fasiləsində şərtlərə yenidən baxılması lazım olub. Rahmanı "dənizçilər"dən 5000 dollara yaxın maaş tələb edib.

Halbuki onun ötən 2 ayda aldığı əməkhaqqı bundan iki dəfə aşağı idi. "Səbail" yeni şərti yerinə yetirmək istəmədiyindən, yollar ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!