"Problemin bu qədər ciddi olduğunu təsəvvür etmirdim"

7 Yanvar 2021 21:00 Səbail 1 191
"Problemin bu qədər ciddi olduğunu təsəvvür etmirdim"

"Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim".

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev belə deyib.

COVID-19-a yoluxmuş mütəxəssis sağalma prosesi haqda fikirlərini bölüşüb: "İlk olaraq başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyədək belə ağrılar keçirməmişdim.

Qrip deyildim, öskürmürdüm, sadəcə, taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə ilk həftədə ehtiyatlı olmağı tövsiyə etdilər.

Məşqlərdən və oyunlardan kənar qalmaq hansı təəssüratlar yaratdı? Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam.

Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım.

Amma sağlığıma görə dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyə edirəm. İki oyunda texniki zonada olmadım. İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim.

Əvvəlcə qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” - “Səbail” oyununda bunun şahidi olduq.

Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfə idi, planşetlə oyun izləyib tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik.

İkinci yarıda rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı”.

Digər Xəbərlər
Xəbər Lenti