Bakı klubunun baş məşqçisi, görəsən, kimə inanır?

6 Yanvar 2021 23:20 Səbail 655
Bakı klubunun baş məşqçisi, görəsən, kimə inanır?

"Akademiyanı hər zaman yaxından izləyirik. U-19-un məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırıb.

Onların içindən Şamili bəyənib əsas komandaya cəlb etdik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun saytına açıqlamasında 18 yaşlı futbolçu Şamil Cəfərovla peşəkar müqavilə imzalanmasına münasibət bildirərkən deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, müdafiəçinin əsas komanda ilə məşq etməsi onun təcrübə qazanması üçün şansdır:

"Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq.

Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur.

İnanırıq ki, gələcəkdə həm “Səbail”in əsas komandasında, həm də millidə möhkəmlənə biləcək".

Digər Xəbərlər
Xəbər Lenti