"Əgər istədiyimiz alınmasa…" – KONKRET SÖZ

6 Yanvar 2021 13:40 Səbail 678
"Əgər istədiyimiz alınmasa…" – KONKRET SÖZ

"Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz".

Sportinfo.az xəbər verir ki, "Səbail"in baş məşqçisi Aftandil Hacıyev belə deyib.

O, qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəməsi barədə danışıb:

"Belə qərara gəldik ki, daha çox oynayacaqları komandaya getsələr, yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük.

Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu transfer edəcəyik. Bilirik ki, vaxt çox azdır.

Əgər istədiyimiz alınmasa, hazırkı komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücumameyilli futbolçu axtarışındayıq".

Digər Xəbərlər
Xəbər Lenti