Premyer Liqa klubundan "peşəkar" müqavilə - FOTO

6 Yanvar 2021 10:40 Səbail 743
Premyer Liqa klubundan "peşəkar" müqavilə - FOTO

Qış fasiləsində 4 yerli futbolçusuna qapını göstərən “Səbail“dən yeni müqavilə xəbəri gəlib.

Bayıl təmsilçisi Şamil Cəfərov ilə peşəkar kontrakt imzalayıb.

Klub rəsmi sosial şəbəkə hesabından bu anlaşmanı böyük məmnuniyyətlə elan etsə də, sözləşmənin müddətini göstərmək “yaddan çıxıb“. Həmçinin gənc futbolçunun təvəllüdü və ampluası qeyd olunmayıb.

Digər bir qəribəlik “dənizçilər“in Cəfərovu öz yetirməsi kimi təqdim etməsidir. Gülməlidir, deyilmi? Cəmi 4 il əvvəl yaradılan klubun yetirməsi necə ola bilər axı?

Rəşad Abdullayevin eşqinə yaradılıb, üstündən az keçmiş lazımsız əşya kimi bir küncə atılan “Səbail“ nə yatıb ki, nə də yuxu görə? Bu yandan da fikirləşmək olar ki, əldəqayırma klubdur, nə desəz, ola bilər burada…

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti