"Şərtlərimizi demişik, bizdən fikirləşmək üçün vaxt istəyib"

5 Yanvar 2021 11:40 Səbail 768
"Şərtlərimizi demişik, bizdən fikirləşmək üçün vaxt istəyib"

«Biz hələ onunla müqavilənin müddətini uzatmamışıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»inbaş məşqçisi Aftandil Hacıyev deyib.

O, noyabrda komandaya gələn Bəxtiyar Rəhmaninin burada qalmasını istədiyini, ancaq hələ maliyyə şərtlərində anlaşma əldə olunmadığını bildirib:

«İranlı yarımmüdafiəçiyə öz şərtlərimizi demişik. Bizdən fikirləşmək üçün vaxt istəyib. Qalması da mümkündür, getməsi də.

O, komandaya gec gəlsə də, tez adaptasiya oldu. Meydana çıxdığı oyunlarda yaxşı təsir bağışladı. Deyəsən, bir balaca şəxsi məsələləri var. Hələlik gözləyirik».

Rəhmani 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. "Traktor"un da şərəfini qorumuş 29 yaşlı futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti