Klub rəhbəri futbolçuların 1000 manatını da vermir

3 Yanvar 2021 19:00 Səbail 907
Klub rəhbəri futbolçuların 1000 manatını da vermir

«Səbail» Premyer Liqanın ekvator xəttinə 6-cı yerdə çatdı.

Bayıl təmsilçisi geridə qalan 13 tur ərzində eyni sayda xal topladı.

Bu müddətdə 3 qələbə əldə edən və 4 heç-heçəyə imza atan «dənizçilər» 5 dəfə də məğlubiyyətə üzüldü.

Komandanın ötən 4 aylıq müddətdə qazancı cəmi 500 manat olub. Klub rəhbərliyi yalnız «Sabah»la görüşdə (2:1) qeydə alınan 3 xalın maddi qarşılığını verib.

«Dənizçilər» «Sumqayıt» və «Keşlə» ilə oyunların «ənam»ını (1000 manat) hələ də almayıb.

Oyunçular onlara çatmalı olan vəsaiti istəmirmi? Əlbəttə, istəyirlər, özü də təkidlə.

Klubun prezidenti Tamerlan Abdullayevin kollektivə cavabı isə təxminən belədir: «Gözləyin, yaz gələr, yonca bitər…».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu