"Bizə bu qışda 3-4 yeni transfer lazımdır"

1 Yanvar 2021 17:40 Səbail 814
"Bizə bu qışda 3-4 yeni transfer lazımdır"

«Mövsümü normal başa vurmağımız üçün bizə 3-4 yeni transer lazımdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Qış fasiləsində 4 yerli futbolçu ilə vidalaşan Bayıl təmsilçisindən daha 1-2 legioneriin ayrılması gözlənilir. Maliyyə çatışmazlığı addımbaşı «dənizçilər»ə problemlər yaradır.

Gənc çalışdırıcının bildirdiyinə görə, rəqabətə davam gətirən heyət formalaşdırmaq çətindir: «Baxıram ki, bütün komandalar güclənmək istəyir. İnişil ilk dəfə avrokuboklarda çıxış etdik.

Ötən mövsüm yarımçıq qaldı, yoxsa 1 qələbə də qazansaydıq, yenə Avropa Liqasına yollanacaqdıq. Builki vəziyyət çox fərqlidir. Ona görə də bəzit dəyişiklər etməyimiz lazımdır.

Heç olmasa, 3 legioner gətirməliyik. Amma hələ bir xəbər yoxdur. Seçim imkanımız məhduddur, çünki aşağı məbləğə futbolçu xtarırıq».

Digər Xəbərlər
Xəbər Lenti