Bakı klubu legionerlə anlaşa bilmir – MAAŞ ÜSTÜNDƏ

31 Dekabr 2020 17:40 Səbail 894
Bakı klubu legionerlə anlaşa bilmir – MAAŞ ÜSTÜNDƏ

5 yerli futbolçu ilə vidalaşan “Səbail“də daha bir ayrııq gündəmə gəlib.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisi Bəxtiyar Rəhmani ilə yeni müqavilə şərtlərini razılaşdıra bilmir.

Noyabrda Azərbaycana gələn iranlı legioner klubun ona təklif etdiyi məbləğə qane olmur. Belə ki, 29 yaşlı yarımmüdafiəçinin ürəyindən keçən aylıq maaş 5000 dollardır.

O, 2013 və 2014-cü ildə İran yığmasının formasını geyinib. "Traktor"un da şərəfini qorumuş futbolçu son olaraq 2019/20 mövsümündə “Sanat Naft”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti