"Lazım gəlsə, komandada 15-16 nəfər saxlayacam, qalanlarını göndərəcəm"

30 Dekabr 2020 17:40 Səbail 967
"Lazım gəlsə, komandada 15-16 nəfər saxlayacam, qalanlarını göndərəcəm"

«Mənə əsas heyətə düşmək uğrunda mübarizə apara bilən futbolçular lazımdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

Bayıl təmsilçisi Murad Qayalı, Əli Sadıxov və Arsen Ağcabəyovdan sonra Orxan Qurbanlı ilə yollar ayrılıb. Komandanın çalışdırıcısı bu islahatların davam edəcəyini bildirib:

«Daha 1-2 nəfər var ki, onlarla danışıqqların bitməsini gözləyirəm. Heyətimiz geniş deyil, ancaq mən bu vəziyyətlə də razılaşmıram.

Yola saldığımız futbolçuların hamısı gəncdir. Onlarınkı burada alınmadı. Bəlkə başqa komandaya gedib, özlərini göstərəcəklər.

Nə bilmək olar, futboldur. Üzərlərində işləsələr, yenə də hər şey öz əllərindədir.

Bəzən elə olurdu ki, məşqdə keçdiyimiz ikitərəfli oyunda heç bir heyətə düşmürdülər. Futbolçu məşqdə də 20 nəfər arasında özünə yer edə bilmirsə, mən onu neyləyirəm?

Lazım gəlsə, komandada 15-16 nəfər saxlayacam, qalanlarını da göndərəcəm. Daim ehtiyatda qalacaq futbolçularla vaxt itirmək istəmirəm. Bu, klubun büdcəsinə də təsir edir».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"