"Səbail" 3 futbolçu ilə "nikah"ı pozdu

27 Dekabr 2020 16:00 Səbail 1 192
"Səbail" 3 futbolçu ilə "nikah"ı pozdu

"Səbail" qış fasiləsi elan olunan kimi "təmizləmə əməliyyatı"na başlayıb.

Sportinfo.az-ın məlumatına görə, Bayıl təmsilçisi artıq 3 futbolçu ilə yolları ayırıb.

Mövsümün əvvəlində "Səbail"dən 1 illik icarəyə götürülən Arsen Ağcabəyov geri qaytarılıb. Əvvəl zədə alan, sonra koronavirusa yoluxan 20 yaşlı müdafiəçi rəqabətə davam gətirməyib.

"Keşlə"dən tanıdığımız Murad Qayalı da heyətə düşə bilmədiyindən, Aftandil Hacıyevin rəğbətini qazanmağı bacarmayıb. "Qəbələ"nin yetirməsi Əli Sadıxov da bu səbəbdən "dənizçilər"ə lazım olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”