Kamran Ağayev fikrini dəyişdi, "Səbail" razılaşdı

26 Dekabr 2020 19:00 Səbail 1 942
Kamran Ağayev fikrini dəyişdi, "Səbail" razılaşdı

Millinin keçmiş qapıçısı Kamran Ağayev karyerasını davam etdirəcək.

Sportinfo.az-ın məlumatına görə, ilyarımdan sonra futbola qayıdan kiper «Səbail»də qalacaq.

Yaxınlarda atasını itirən Ağayev fikrini dəyişib və yeni ildən sonra bütün fikrini sevimli peşəsinə verəcək.

Bayıl klubu onun bu qərarıyla razılaşıb. Üç ay öncə məşqələ başlayan qapıçı yanvarın əvvəlində komandaya qoşulacaq.

Yığmanın sabiq «1 nömrə»sinin sentyabrda «istədiyim səviyyəyə çatmasam, yanvarda karyeramı birdəfəlik bitirəcəm» dediyini bir daha xatırladaq.

Ağayev ötən müddətdə 1 dəqiqə də olsun, Premyer Liqada «çərçivə» önünə keçməyib.

Bəs dönüşü nə vaxt rəsmiləşəcək? Bu, Kamranın tezliklə formaya düşüb-düşməməsindən asılıdır.

O, hazırda artıq çəkidən aziyyət çəkir. Baş məşqçi Aftandil Hacıyev bu qayıdışını sürətləndirmək üçün hər məşqdə ondan sahə oyunçusu kimi yararlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!